Məşhur futbolçuların maşınları və onların qiymətləri
15.05.2009 - 23:27
Məşhur futbolçuların maşınları və onların qiymətləri
İngiltərənin məşhur “Daily mail” qəzeti Premyer Liqada oynayan futbolçuların idarə etdikləri maşınları və onların qiymətlərini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, siyahıya 10 ən yaxşı avtomobil markasının adı daxil edilib.

1. “Range Rover Sport” - 63,895 funt-sterlinq (təxminən 78 min manat)
Bu maşından Mikael Silvestr, Co Koul, Danni Merfi, Xabi Alonso, Şon Rayt-Fillips, Coi Barton, Roman Pavlyuçenko, Din Eşton və başqaları yararlanır.

2. BMW X5 - 53,465 funt-sterlinq (təxminən 65 min manat)
Almaniya istehsalı olan bu avtomobilə Endi Conson, Sol Kempbel, Kriştianu Ronaldo, Nemanya Vidiç, Titus Brambl və başqalarında rast gəlmək mümkündür.

3. “Porsche Cayenne” - 76,760 funt-sterlinq (təxminən 94 min manat)
“Aston Villa” klubunun futbolçularının demək olar, yarısı “Porsche Cayenne”nin vurğunudur. Həmçinin, Pol Robinson, Didye Droqba, Stiven Cerrard, Dimitar Berbatov, Park Ci Sun, Skott Parker və başqaları da bu markadan sürürlər.

4. “Aston Martin DB9” - 111,526 funt-sterlinq (təxminən 136 min manat)
Böyük sürətə malik maşını Frank Lempard, Teo Uolkott, Maykl Ouen, Qlen Conson, Mika Riçards, Cermeyn Defo və başqaları sevirlər.

5. “Bentley-Continental GT” - 137,500 funt-sterlinq (təxminən 168 min manat)
Benni Makkarti, Eşli Koul, Nikolya Anelka, Ueyn Runi, Karlos Teves, Kreyq Bellami, Ledli Kinq, Anton Ferdinand və başqaları bu markaya üstünlük verirlər.

6. “Audi Q7” - 51,095 funt-sterlinq (təxminən 62 min manat)
“Audi Q7” Mikael Ballak, Petr Çex, Fernando Torres, Robinyo, Nani və Harri Nevilli sükanı arxasında olduğu maşındır.

7. “Ferrari F430” - 135,685 funt-sterlinq (təxminən 166 min manat)
İtaliya gözəli adlanan “Ferrari F430”un rahatlığını Con Terri, Didye Droqba, Stiven Cerrard və Əl-Haci Dyuf hiss edir.

8. “Mercedes SL65 AMG” - 151,101 funt-sterlinq (təxminən 184 min manat)
“Çelsi”nin afrikalı futbolçusu Didye Droqba “Porsche Cayenne”, “Ferrari F430”la yanaşı, “Mercedes SL65 AMG”ni də xoşlayır. Bundan başqa, Harri Nevillin avtoparkında da belə maşın var.

9. “Lamborghini Murcielago LP640” - 151,101 funt-sterlinq (təxminən 184 min manat)
Qabriel Aqbonlahor, Mikael Essyen, Maykl Karrik və Obafemi Martins seçimini bu avtomobilin üzərində saxlayıb.

10. “Cadillac Escalade” - 50,100 funt-sterlinq (təxminən 61 min manat)
ABŞ istehsalı olan və siyahıda ən ucuz avtomobil kimi diqqət çəkən “Cadillac Escalade”dən Devid Bentli, Rio Ferdinand və Ueyn Runi istifadə edir.
0