“Neftçi” Belarusda futbolçu axtarır
16.05.2009 - 00:21
“Neftçi” Belarusda futbolçu axtarır
“Neftçi” klubunun məşqçisi Səmədağa Şıxlarov Belarusa gedib. Apasport.az saytının məlumatına görə, bu barədə komandanın vitse-prezidenti İlqar Quluzadə məlumat verib. O bildirib ki, Şıxlarov Belarus çempionatının oyunlarını izləyib, bəyəndiyi futbolçuların adlarını rəhbərliyə təqdim edəcək. Artıq 15 gündür səfərdə olan Şıxlarov bütün mövqelər üzrə futbolçu axtarışındadır: “Transferlərlə bağlı əvvəlki səhvləri təkrarlamayacağıq. Sabiq baş məşqçimiz Hans-Yurgen Gede hər yoldan keçəni baxışa çağırırdı. Ona görə də gündə 10-u gəlib, 10-u gedirdi. Özünüz də gördünüz, heç bir nəticə qazana bilmədi. Heç komandanın oyunu da yox idi. Klubla müqaviləsi bitən bəzi futbolçularla vidalaşacağıq. Həm yerli, həm də legioner dəvət edəcəyik. Baş məşqçimiz hansı yerli futbolçunu istəyəcəksə, onları da alacağıq. Çempionat qurtarandan sonra bu məsələləri prezidentin yanında müzakirə edəcəyik. Öncədən maraq göstərdiyimiz futbolçuları dəvət edəcəyik. Həmin oyunçuların ki bir müddətdir kasetlərinə baxırıq, barələrində müəyyən məlumatlar toplamışıq. Aralarında Avropada tanınanları da var".
0