“Barselona”nın 6 futbolçusu cəzalandırıldı
16.05.2009 - 09:57
“Barselona”nın 6 futbolçusu cəzalandırıldı
İspaniyanın “Barselona” klubunun baş məşqçisi Xosep Qvardiola 6 futbolçunu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Lionel Messi, Samuel Eto’O, Eydur Qudyonsen, Xavi, Yaya Ture və Dainel Alves hərəyə 500 avro cərimə ödəyəcək. Buna futbolçuların İspaniya kubokunun finalındakı qələbədən sonra məşqə 2 dəqiqə gecikmələri səbəb olub.

Qvardiola baş məşqçi kimi “Barselona”da ilk titulunu qazanmasına baxmayaraq, səhlənkarlığa yol verən futbolçulara güzəştə getməməyi qərara alıb. Hətta Turenin gecikməyə görə mətbuat konfransında rəsmi qaydada üzr istəməsi də onlara kömək etməyib.

Qeyd edək ki, “Barselona”da cərimələrlə bağlı sərt sistem cari mövsümün əvvəlindən, Qvardiolanın gəlişindən sonra tətbiq olunur.
0