Ziko yığmanın baş məşqçisi təyin olundu
16.05.2009 - 11:24
Ziko yığmanın baş məşqçisi təyin olundu
“Fənərbaxça” klubunun sabiq baş məşqçisi Artur Ziko yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, 56 yaşlı braziliyalı mütəxəssis Cənubi Amerika yığmasına rəhbərlik edəcək.

Hazırda Moskva MOİK-ni çalışdıran Ziko ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək ulduzların oyununa dəvət alıb. İyulun 5-də keçiriləcək həmin yoldaşlıq görüşündə Cənubi Amerika və dünya ulduzları üz-üzə gələcək. “Kolizeum” stadionunda keçiriləcək matça Lionel Messi, Roberto Karlos, Patrik Vieyra kimi ulduz futbolçular iştirak etməyə razılıq verib. Bu oyuna Zlatan İbrahimoviç, Luiş Fiqu, həmçinin alman məşqçi Bernd Şuster dəvət olunub. Yeni mövsümdə “Qalatasaray” klubunu çalışdıracağı gözlənilən Şuster dünya yığmasına rəhbərlik edəcək.
0