“Kocaelispor”a ağır cəza
16.05.2009 - 11:28
“Kocaelispor”a ağır cəza
Rəşad Sadıqovla Ramal Hüseynovun heyətində yer aldıqları “Kocaelispor” növbəti cəzasını alıb. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi İzmit təmsilçisini 70 min lirə məbləğində cərimələyib. “Kocaelispor”un Superliqanın ötən turu çərçivəsində “Trabzonspor”la ev oyununda baş verən xoşagəlməz olaylara görə ümumilikdə 120 min lirə cərimə kəsilib. Bunun 50 mininin “Trabzonspor”un payına düşdüyünü nəzərə alsaq, NİK hər iki klubu cəzalandırıb. Cərimələr komandaların azarkeşlərinin oyunda nalayiq davranışları ilə bağlı olub.
Qeyd edək ki, NİK indiyə kimi “Kocaelispor”u bir neçə dəfə cəzalandırıb.
0