Roberto Karlos “Fənərbaxça” ilə müqaviləsini pozur
16.05.2009 - 12:06
Roberto Karlos “Fənərbaxça” ilə müqaviləsini pozur
Braziliyalı dünya çempionu Roberto Karlos “Fənərbaxça” ilə müqaviləsini pozur. 36 yaşlı müdafiəçi klubun maliyyə sıxıntısına görə bu addımı atır.

“Fənərbaxça”dan getməyə qərar verən Karlos uzun müddət davam edən legioner karyerasına son qoyur. Belə ki, vətəninə dönməyən hazırlaşan Roberto yerli “Flamenqo” ilə müqavilə bağlamağı planlaşdırır. Bununla da o, yığmada bir yerdə oynadığı Adriano ilə komanda yoldaşı olacaq. “Flamenqo” İtaliyanın “İnter” klubundan gedən 27 yaşlı braziliyalı hücumçu ilə müqavilə bağladıqdan sonra növbəti hədəfi məhz Roberto Karlosdur. Klub artıq müdafiəçi danışıqlar aparıb və rəsmi müqavilənin iyunda imzalanacağı gözlənilir.

Qeyd edək ki, uzun müddət çıxış etdiyi Madridin “Real” klubunda çoxsaylı titullar qazanan Karlos 2002-ci dünya çempionu olub. 2007-ci ildə “Real”dan “Fənərbaxça”ya keçən Roberto ötən mövsüm Türkiyə çempionluğunu qazandı.
0