Oleq Bloxin Qyoko Hacıyevskiyə rəqib oldu
16.05.2009 - 13:09
Oleq Bloxin Qyoko Hacıyevskiyə rəqib oldu
Tanınan ukraynalı mütəxəssis Oleq Bloxin məşqçilik karyerasını Makedoniyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Bloxin bu ölkənin milli komandasının baş məşqçi postuna namizədlər sırasına daxil edilib.

Makedoniya yığmasında bu post Sreçko Katenetsin istefasından sonra vakant qalıb. Onun mümkün xələfləri kimi Bloxinlə yanaşı, makedoniyalılar Nikola İlyevski, Mirsad Yonuz, serb Stevan Ostiç və türkiyəli mütəxəssis, “Trabzonspor” klubun sabiq baş məşqçisi Ziya Doğanın adı çəkilir. Makedoniyalı həmkarlarımız baş məşqçi postuna namizədlər arasında Azərbaycanda olan həmyerliləri – “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski ilə “Qarabağ”ın 36 yaşlı yarımmüdafiəçisi Artim Şakirini da göstərib.

Makedoniya yığması tarixində ən yaxşı nəticəyə uzun müddət çalışdırıcısı olan Hacıyevskinin vaxtında imza atıb. Düzdür, 54 yaşlı makedoniyalı mütəxəssis yığmaya qayıtmaq istəməyərək, “Bakı”da qalmaqda maraqlıdır.
0