Hafiz Məmmədov çempionluğu necə qeyd etdi?
18.05.2009 - 09:47
Hafiz Məmmədov çempionluğu necə qeyd etdi?
Azərbaycan Premyer Liqasının çempionu olan “Bakı” klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Hafiz Məmmədov komanda üzvlərini təbrik edib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Məmmədov son turda “Muğan” üzərindəki qələbədən sonra çempionluğu rəsmiləşən “Bakı”nın futbolçularına təşəkkürünü çatdırıb.

Məmmədov qeyd edib ki, ölkəmizdə futbolun inkişafı məqsədilə dövlət başçısı İlham Əliyevin imzaladığı “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq kompleks tədbirlər həyata keçirilir. Ölkə çempionatı və kubok oyunlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edən “Bakı”nın prezidenti görülən işlərə görə AFFA-nın rəhbəri Rövnəq Abdullayevə dərin minnətdarlığını bildirib.
0