Qyoko Hacıyevskinin xələfi məlum oldu
18.05.2009 - 10:02
Qyoko Hacıyevskinin xələfi məlum oldu
Makedoniya milli komandasının yeni çalışdırıcısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, əvvəllər ölkənin gənclər yığmasına rəhbərlik etmiş Mirsad Yenuz əsas komandaya baş məşqçi təyin olunub. Onunla müqavilə cari seçmə mərhələnin sonuna qədər nəzərdə tutulsa da, sonradan iki il artırılması mümkündür.

Yenuz apreldə istefa verən Sreçko Katanetsi əvəzləyib. Yığmanın vakant qalan baş məşqçi postuna makedoniyalı Nikola İlyevski, serb Stevan Ostiç, türkiyəli Ziya Doğan və ukraynalı Oleq Bloxin də namizəd idi. Makedoniyalı həmkarlarımız namizədlər arasında Azərbaycanda olan həmyerliləri – “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski ilə “Qarabağ”ın 36 yaşlı yarımmüdafiəçisi Artim Şakirini da göstərirdi.

Makedoniya yığması tarixində ən yaxşı nəticəsini Hacıyevskinin vaxtında reallaşdırıb. Ancaq 54 yaşlı mütəxəssis Vətənə qayıtmaq istəməyərək, çempion etdiyi “Bakı”da qalmaqda maraqlıdır.
0