Darmadağınla üzləşən Rəşad Sadıqov üçün normal qiymət
18.05.2009 - 10:04
Darmadağınla üzləşən Rəşad Sadıqov üçün normal qiymət
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, səfərdə “Qaziantepspor”a 2:5 hesabı ilə uduzan İzmit təmsilçisinin Superliqanı tərk etməsi rəsmiləşib. Çempionatın sonuna iki tur qalmış “Kocaelispor” 32 matçdan sonra 26 xalla 17-ci pillədə qərarlaşıb. Rəşad komandasının böyük hesabla uduzduğu görüşdə 90 dəqiqə meydanda olub. Türkiyə mətbuatı yığmamızın 27 yaşlı kapitanının oyununu 4 balla qiymətləndirib.
0