Azərbaycanın ən titullu futbol klubu - STATİSTİKA
18.05.2009 - 11:02
Azərbaycanın ən titullu futbol klubu - STATİSTİKA
XVII Azərbaycan Premyer Liqasının son turu mükafatçıların tam siyahısına aydınlıq gətirib. Apasport.az saytının hesablamalarına görə, mükafatların 16-cı dəsti öz sahiblərini tapıb. Mükafat dəstinin çempionatın sayından az olmasının subyektiv səbəbi var. Məsələ burasındadır ki, 17 mövsümdən birində - 2001/02 mövsümündə yarış yarımçıq dayandırılıb.

2008/09 mövsümü isə yalnız bir yeni komandanın mükafat qazanması ilə əlamətdar olub. Bürünc medallara yiyələnən Zaqatalanın “Simurq” klubu tarixində ilk dəfə ən güclü 3 komanda sırasında yer almaqla, mükafat qazanmağı bacaran 14-cü komandaya çevrilib. Roman Pokoranın rəhbərlik etdiyi kollektiv mükafat sıralamasında 13-cü pilləyə şərik olub.

Çempionatı ikinci pillədə bitirən “İnter” ən azı iki dəfə ilk “üçlük”də yer alan 11-ci komandadır. Tarixində birinci dəfə gümüş medal qazanan “bankirlər” mükafat sıralamasında 7-8-ci pillələri bölüşdürür.

Tarixində 4-cü mükafatını əldə edən “Bakı” buna nail olan 6-cı komandadır. İkinci dəfə ölkə çempionu olan paytaxt futbolçuları medallarının əyarına görə 4-cü olan “Qarabağ”a çatıb. Bakılılar son 4 ildə üçüncü dəfə mükafatçılar sırasında yer alıblar.

Ötən ilki mükafatçılardan yalnız “İnter” ilk “üçlük”də qala bildi ki, onlar da qızılı gümüşə dəyişdilər. İndiyədək “Qarabağ” (1993), “Turan” (1993/94), “Neftçi” (1995/96), “Kəpəz” (1998/99) və “Şəmkir” (2000/01) çempion olduqdan bir il sonra ikinci yerlə kifayətlənmişdi.

Azərbaycan çempionatlarının bütün mükafatçıları

mövsüm

çempion

II yer

III yer

1992

“Neftçi” Bakı

“Xəzər” Sumqayıt

“Turan” Tovuz

1993

“Qarabağ” Ağdam

“Xəzər” Sumqayıt

“Turan” Tovuz

1993/94

“Turan” Tovuz

“Qarabağ” Ağdam

“Kəpəz” Gəncə

1994/95

“Kəpəz” Gəncə

“Turan” Tovuz

“Neftçi” Bakı

1995/96

“Neftçi” Bakı

“Xəzri” Buzovna

“Kəpəz” Gəncə

1996/97

“Qarabağ” Ağdam

“Neftçi” Bakı

“Xəzri” Buzovna

1997/98

“Kəpəz” Gəncə

“Dinamo” Bakı

“Şəmkir”

1998/99

“Kəpəz” Gəncə

“Şəmkir”

“Neftçi” Bakı

1999/2000

“Şəmkir”

“Kəpəz” Gəncə

“Neftçi” Bakı

2000/01

“Şəmkir”

“Neftçi” Bakı

“Viləş” Masallı

2003/04

“Neftçi” Bakı

“Şəmkir”

“Qarabağ” Ağdam

2004/05

“Neftçi” Bakı

“Xəzər-Lənkəran”

“Karvan” Yevlax

2005/06

“Bakı”

“Karvan” Yevlax

“Neftçi” Bakı

2006/07

“Xəzər-Lənkəran”

“Neftçi” Bakı

“Bakı”

2007/08

“İnter” Bakı

“Olimpik” Bakı

“Neftçi” Bakı

2008/09

“Bakı”

“İnter” Bakı

“Simurq” Zaqatala



Mükafatçı klublar

komanda

qızıl

gümüş

bürünc

Cəmi

1

“Neftçi” Bakı

4

3

5

12

2

“Kəpəz” Gəncə

3

1

2

6

3

“Şəmkir”

2

2

1

5

4-5

“Bakı”

2

1

1

4

“Qarabağ” Ağdam

2

1

1

4

6

“Turan” Tovuz

1

1

2

4

7-8

“İnter” Bakı

1

1

0

2

“Xəzər-Lənkəran”

1

1

0

2

9

“Xəzər” Sumqayıt

0

2

0

2

10-11

“Karvan” Yevlax

0

1

1

2

“Xəzri” Bakı

0

1

1

2

12

“Olimpik” Bakı

0

1

0

1

13-14

“Simurq” Zaqatala

0

0

1

1

“Viləş” Masallı

0

0

1

1

0