Valter Quqlemon + İvan Svetkov = “Olimpik”
18.05.2009 - 11:40
Valter Quqlemon + İvan Svetkov = “Olimpik”
“İnter”in uruqvaylı futbolçusu Valter Quqlemon Azərbaycan Premyer Liqasının ən yaxşı bombardiri olub. Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu buna nail olan üçüncü legionerdir. Hər biri 16 qol vurmaqla, mövsümün ən məhsuldar futbolçusu olan Badri Kvaratsxeliya (“Şəmkir”, 1999/2000) və Yakuba Bambadan (“Karvan”, 2005/06) sonra bu titulu qazanan Quqlemon daha çox – 17 dəfə fərqləndi. Cənubi amerikalı legioner təkbaşına Premyer Liqanı tərk edən “Bakılı” və MOİK-dən çox qol vurub. Bombardirlər yarışında ikinci olan İvan Svetkov da autsayderlərdən daha çox – 15 topa imza atıb.

Bu iki futbolçu üst-üstə 32 qolun müəllifi olub ki, Valter-İvan cütlüyü Premyer Liqanın yalnız 5 klubundan az fərqlənib. Altıncı olan “Olimpik” isə bu iki futbolçu qədər – 32 top vurub.

Qollarını əsasən ikinci dövrədə vuran Vladimir Mazyar son turda Amiran Mucirini də arxada qoyaraq, 3-cü pilləyə qalxdı. Ən yaxşı 8 bombardirin əcnəbi olduğu sıralamada ən yaxşı yerli futbolçular – Bəxtiyar Soltanov və Fərid Quliyev 9-cu yerə şərik olub. Çempionun yetirmələri olan hücumçulardan biri elə qollarını da “Bakı”da vurubsa, digəri iki komandada fərqlənib. Fərid “Muğan”da 4, “Standard”da isə 3 qola sevinib.

Ayrı-ayrı komandalara gəlincə, 14 klubdan yalnız birinin ən məhsuldar futbolçusu yerli olub. “Karvan”, “Muğan” və “Bakılı”nın ən yaxşı bambarduri adı isə bir neçə oyunçu arasında bölüşdürülüb ki, onlar arasında həm yerli, həm də legioner futbolçu var. Digər 10 komandada isə əsas qol ümidi gəlmə oyunçu olub.

Ümumiyyətlə, yalnız üç komandanın ən məhsuldar futbolçusu 5-dən az qol vurub. MOİK-in bombardiri İsmayıl Məmmədov kimi, “Muğan”ın da iki oyunçusu 4 qolla komandasının ən yaxşısı olub. “Bakılı”nın ən çox qol vuran futbolçusu isə cəmi iki dəfə fərqlənib ki, belələrinin sayı 4-dür.

Premyer Liqada ən azı 5 top vuranlar

yer

futbolçu

komandası

qol

1

Valter Quqlemon

"İnter"

17

2

Ivan Svetkov

"Xəzər-Lənkəran"

15

3

Vladimir Mazyar

"Simurq"

12

4

Amiran Muciri

"Bakı"

11

5-6

Leandro Qomeş

"Olimpik"

10

Anxel Qustavo Qutierres

"Standard"

10

7-8

Farzad Hatəmi

"Qəbələ"

8

Romulo Vilvano Silva

"Xəzər-Lənkəran"

8

9-15

Fabio Luis Ramim

"Bakı"

7

Fernando Peres

"Bakı"

7

Bəxtiyar Soltanov

"Bakı"

7

Artim Şakiri

"Qarabağ"

7

Nidal Ferhatoviç

"Qarabağ"

7

Viktor İbekoyi

"Turan"

7

Fərid Quliyev

“Muğan” və “Standard”

7

16-23

Kənan Kərimov

"Qəbələ"

6

Andrey Rubin

"İnter"

6

Vüqar Nadirov

"Karvan"

6

Anatoli Doroş

"Karvan"

6

Junivan Soares

"Olimpik"

6

Vaqif Cavadov

"Qarabağ"

6

Elşən Məmmədov

"Simurq"

6

Əhməd Ticani

“Bakı”

6

24-30

David Bolkvadze

"Simurq"

5

Mario Souza

"Xəzər-Lənkəran"

5

Andaveris auqusto

"İnter"

5

Adrian Neaga

"Neftçi"

5

Sergey Artyux

"Simurq"

5

Əhməd Dursun

"Xəzər-Lənkəran"

5

Uilyam Roşa Batista

“Bakı”

5

0