Subaşiç əsas heyətdən kənarlaşdırıldı
18.05.2009 - 12:19
Subaşiç əsas heyətdən kənarlaşdırıldı
Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiçin çıxış etdiyi “Çanqçun Yatay” klubu Çin çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçunun komandası “Kvinqdao Şenşenq”lə səfər oyununda 1:2 hesabı ilə məğlub olub. İlk 8 turdan 7-də start heyətində yer alan, lakin qol vurmayan Subaşiç etimadı doğrultmadığından bu dəfə komandasına kömək etməyib. Bu məğlubiyyətdən sonra hesabında 14 xal olan “Çanqçun Yatay” 7-ci pilləyə enib. Subaşiçin komandası liderdən 4 xal geri qalır.
0