Final matçına ispaniyalı hakimlər
18.05.2009 - 14:20
Final matçına ispaniyalı hakimlər
Ukraynanın “Şaxtyor” və Almaniyanın “Verder” klubları arasında UEFA kuboku uğrunda final matçı ispaniyalı hakimlərə tapşırılıb. Apasport.az saytının məlumatına görə, mayın 20-də İstanbulda “Şükrü Saracoğlu” stadionunda keçiriləcək həlledici görüşü Luis Medino Kantalexo idarə edəcək. Ona həmyerliləri Xesus Kalvo Quadamuro, Roberto Dias Palomar və Alfonso Peres Burul yardımçı olacaq. İspan hakimlərin işinə rusiyalı hakim-inspektor Sergey Zuyev qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə Herhard Kapldır.
0