“Xəzər-Lənkəran” və “Qarabağ” yerində sayır - STATİSTİKA
18.05.2009 - 14:31
“Xəzər-Lənkəran” və “Qarabağ” yerində sayır - STATİSTİKA
Azərbaycan Premyer Liqasının 14 komandasından yalnız ikisi bir il əvvəlki mövqeyini qorumağa nail olub. Apasport.az saytının hesablamalarına görə, 2007/08 və 2008/09 mövsümlərində “Xəzər-Lənkəran” və “Qarabağ”ın yeri dəyişməz qalıb. Lənkəranlılar ardıcıl ikinci dəfə mükafatçılar sırasından bir addım geridə qalıbsa, ağdamlılar hər iki halda eyni - beşinci olmaqla kifayətlənib. Premyer Liqaya ötən il vəsiqə qazanan üç komanda – “Muğan”, “Bakılı” və MOİK isə elə turnir cədvəlinin son üç pilləsini öz aralarında bölüşdürüb. Bu komandalar ötən mövsüm birinci divizionun üst pillələrində qərarlaşmışdı.

Digər 9 komandaya gəlincə, onların turnir cədvəlindəki mövqeyində dəyişikliklər olub. Çempion olan “Bakı” bir il əvvəllə müqayisədə 7, bürünc mükafatın sahibi “Simurq” 4, “Standard” və “Karvan” 2, “Turan” isə 1 addım irəliləyib. Ötən mövsümün hər üç mükafatçısı mövqeyini əldən verib. “Neftçi” 5, “Olimpik” 4, “İnter” 1 bir pillə geriləyib. Daha bir komanda – “Qəbələ” 2007/08 mövsümündə qazandığı nəticəni 4 pillə pisləşdirib.

 

2007/08

2008/09

Fərq

“Bakı”

8

1

+7

“İnter”

1

2

-1

“Simurq”

7

3

+4

“Xəzər-Lənkəran”

4

4

=

“Qarabağ”

5

5

=

“Olimpik”

2

6

-4

“Standard”

9

7

+2

“Neftçi”

3

8

-5

“Karvan”

11

9

+2

“qəbələ”

6

10

-4

“Turan”

12

11

+1

“Muğan”

-

12

-

“Bakılı”

-

13

-

MOİK

-

14

-

0