31 yaşlı tələbə MOİK-ə azarkeşlik etdiyinə görə bıçaqlanıb
18.05.2009 - 14:37
31 yaşlı tələbə MOİK-ə azarkeşlik etdiyinə görə bıçaqlanıb
Sankt-Peterburqda təhsil alan afrikalı tələbənin Moskva MOİK-inə azarkeşlik etməsi ona bıçaqlanma bahasına başa gəlib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı tələbə ağır vəziyyətdə şəhər 3 saylı xəstəxanasına çatdırılıb. Tanzaniyadan olan beşinci kurs tələbəsinin sözlərinə görə, gecə saat 3-də yaşadığı yataqxananın qapısı ağzında onu naməlum şəxs bıçaqlayıb. Nəticədə o, döş qəfəsindən boynundan yaralanıb. Qəribə hal isə xarici tələbənin hansı səbəbdən bıçaqlanmasıdır. Belə ki, ilkin informasiyaya görə, afrikalı “Zenit” ilə MOİK arasında qarşıdakı oyunu aqressiv şəkildə müzakirə edirmiş. Moskva klubunun azarkeşi olması onun həmsöhbətinin xoşuna gəlməyib və bu, sonda qanlı olayla nəticələnib.
Qeyd edək ki, faktla bağlı cinayət işi aşılmayıb, araşdırma gedir.
0