FİFA hakimləri səviyyə fərqini göstərdi
18.05.2009 - 14:40
FİFA hakimləri səviyyə fərqini göstərdi
Azərbaycan Premyer Liqasının son turunun oyunlarını idarə edən hakimlərin qiymətləri açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, XXVI turda FİFA hakimləri digər həmkarları ilə səviyyə fərqini göstərib.

Belə ki, Vüsal Əliyev və Fariz Yusifov hamıdan yüksək – 8,2 qiymətinə layiq görülüb. Daha bir ədalət təmsilçisi Anar Salmanov da 8 həddini aşa bilib. Turun uğursuzlarına gəlincə, baş hakimlərdən üçü büdrəyib ki, onlar arasında ən çox xətaya yol verən Ceyhun Haşımov olub. Ümumilikdə, turun ən zəif hakimi Elnur Muradov olub.


XXVI tur
16 may (şənbə)


"Standard" – MOİK 2:1

Ceyhun Haşımov - 7,4, Qəzənfər Məmmədov - 8,0, Coşqun Həsənov - 8,0, Elnur Muradov - 7,0

"Xəzər-Lənkəran" - "Simurq" 3:1
Anar Salmanov - 8,1, Mehman Mahmudov - 8,0, İsgəndər Əliyev - 8,0, Ramil Diniyev -8,0

17 may (bazar)

"Qəbələ" - "Turan" 0:1

Əfqan Həmzəyev - 8,0, Arif Ağayev - 8,0, Munis Abdullayev - 8,0, Rasim Məmmədov - 8,0

"Bakı" - "Muğan" 4:0
Rövşən Əhmədov - 7,9, Ramiz Əsədov - 7,9, Vaqif Musayev - 8,0, Zöhrab Əliyev - 8,0

"Olimpik" - "Neftçi" 0:0
Fariz Yusifov - 8,2, Azər Məmmədov – 8,0, Eldar Nağıbəyov - 8,0, Fuad Həsənov - 8,0

"Bakılı" - "İnter" 1:5
Elçin Məmmədov - 7,9, Mübariz Haşımov - 7,9, Həsən Babayev - 7,9, Elvin Əsgərov - 8,0

"Karvan" - "Qarabağ" 0:0
Vüsal Əliyev - 8,2, İlham Əliyev - 8,0, Azad Q.Hüseynov - 8,0, Rauf Cabbarov - 8,0
0