Lippertin qisasını həmvətənləri aldı
18.05.2009 - 16:14
Lippertin qisasını həmvətənləri aldı
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 17 yaşlılar arasında qitə birinciliyinin final qarşılaşmasında meydan sahibləri ilə Hollandiya yığması üz-üzə gəlib. Əlavə vaxtda 2:1 hesabı ilə qalib gələn Almaniya Avropa çempionu titulunu qazanıb. Bununla yanaşı, almanlar Azərbaycan milli komandasının baş məşqçisi Bernard Lippertin qisasını ala bilib. Belə ki, bir müddət əvvəl almaniyalı mütəxəssisin rəhbərlik etdiyi yığmamız ikinci seçmə mərhələdə Hollandiyaya 0:1 hesabı ilə uduzmuşdu. Çalışdırıcının həmvətənləri bu məğlubiyyətin əvəzini həlledici qarşılaşmada çıxa bilib.
0