Azərbaycan - Uels görüşünün hakimləri bəlli oldu
18.05.2009 - 16:35
Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uels yığması ilə rəsmi oyunu isveçli hakimlər idarə edəcək. Apasport.az saytının məlumatına görə, iyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün baş hakimi Markus Stromberqsson təyin olunub.
Ona həmyerliləri Stefan Vittberq, Peter Martinsson və Martin İnqvarsson kömək edəcək. İsveçli hakimlərin işinə çexiyalı hakim-inspektor Martin Liva qiymət verəcək. Oyuna UEFA nümayəndəsi Emmanuel Mavrokoukoulaki təyin olunub.
Qeyd edək ki, 34 yaşlı Stromberqsson 2006-cı ildən FİFA hakimidir. 41 yaşlı Vittberq 44 yaşlı İnqvarsson 1997, 38 yaşlı Martinsson 2005-ci ildən beynəlxalq dərəcəli hakimdir.

- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0