“Neftçi”nin antirekordu rəsmiləşdi
18.05.2009 - 16:38
“Neftçi”nin antirekordu rəsmiləşdi
Azərbaycan Premyer Liqasının 2008/09 mövsümü Bakının “Neftçi” klubunun antirekordu ilə əlamətdar olub. Apasport.az saytının hesablamalarına görə, bakılılar tarixində ən pis nəticəni məhz bu mövsümdə göstərib.

Çempionatlar tarixində 12 dəfə mükafatçılar sırasında yer alan bakılılar 4-cü dəfə ilk “üçlük”dən kənar qalıb. Bunların birində öz qrupunda 3-cü olmaqla yarımfinaldan kənar düşən “Neftçi” ümumi hesabda 5-ci olmuşdu. Daha bir dəfə isə 6-cı yerlə kifayətlənənm flaqman yalnız bir dəfə - 1993/94 mövsümündə indi olduğu kimi turnir cədvəlinin ikinci yarısında - 8-ci yerdə qərarlaşıb. Yer baxımından antirekordunu təkrarlayan paytaxt təmsilçisi 15 il əvvəl daha çox qələbə qazanmış, daha çox qol vurmuş və daha yaxşı top fərqinə malik olmuşdu. Hətta həmin uğursuzluğun obyektiv səbəbi də var idi. Belə ki, komanda hakimlikdən narazılıq edərək 8 matçda meydana çıxmadığı üçün texniki məğlubiyyət almışdı. Bu dəfə isə bakılılar 26 qarşılaşmanın hamısına çıxıb daha pis nəticəyə imza atıb.

“Neftçi”nin mükafatçı olmadığı illər

mövsüm

O

Q

H

M

T

X

Yer

1993

18

11

5

2

39-11

38

V

1993/94

26

11

7

12

37-11

40

VIII

1997/98

26

13

4

9

43-23

43

VI

2008/09

26

9

9

8

30-21

36

VIII

0