Milli komandamızın yoldaşlıq görüşünə Rusiyadan futbolçu çağırıldı
18.05.2009 - 17:32
Milli komandamızın yoldaşlıq görüşünə Rusiyadan futbolçu çağırıldı
Bu gün təlim-məşq toplanışına başlayan Azərbaycanın 21 yaşlı futbolçulardan ibarət yığmasının (U-21) heyətində dəyişiklik edilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Tovuzun “Turan” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovu Rusiyada çıxış edən həmkarı Mixail Zaytsev əvəzləyəcək.

Berti Foqtsun vaxtilə milli komandamıza dəvət etdiyi Zaytsev ikinci divizionda “Dağdizel” klubunun formasını geyinir. Son turda “Qəbələ” ilə səfər oyununda vurduğu yeganə qolla “Turan”a qələbə qazandıran Əfran zədə səbəbindən heyətdən kənarlaşdırılıb. İsmayılov yığmamızın mayın 20-də Lənkəran mərkəzi şəhər stadionunda Özbəkistanın U-20-i keçiriləcək yoldaşlıq görüşündə də iştirak edə bilməyəcək.
0