Gənclər yığmamızın oyununa gənc hakimlər
18.05.2009 - 17:54
Gənclər yığmamızın oyununa gənc hakimlər
Futbol üzrə Azərbaycan milli komandasının oyununu azərbaycanlı hakimlər idarə edəcəklər. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, 21 yaşlılardan ibarət yığmamızın Özbəkistanla qarşılaşması yerli hakimlərə tapşırılıb.

Mayın 20-də Lənkəran şəhər stadionunda keçiriləcək görüş 29 yaşlı Anar Salmanova həvalə olunub. Saat 18:00-da start götürəcək matçda Salmanova özü kimi gənc həmkarları kömək edəcəklər.

Qeyd edək ki, Özbəkistanın ölkəmizə gələcək 20 yaşlılardan ibarət komandası dünya çempionatının final mərhələsinə hazırlaşır.

Azərbaycan (U-21) - Özbəkistan (U-20)
Baş hakim: Anar Salmanov
Hakimin köməkçiləri: Əliyar Ağayev, Orxan Məmmədov
Dördüncü hakim: İsmayıl Rəhimov
0