MOİK Azərbaycan çempionatının antirekordçusu oldu - STATİSTİKA
18.05.2009 - 23:04
MOİK Azərbaycan çempionatının antirekordçusu oldu - STATİSTİKA
MOİK Azərbaycan milli çempionatlar tarixində antirekorda imza atıb. Apasport.az saytının hesablamalarına görə, ordu klubu ikinci dövrədə xal üzünə həsrət qalıb. Fasilədən sonra keçirdiyi 13 oyunun hamısında uduzan MOİK digər komandalarla müqayisədə, ən pis nəticə göstərib. Qəhrəman Əliyevin çalışdırdığı komanda mövsümün ikinci yarısında həm də ən çox top buraxıb.

İlk dövrə ilə nisbətdə ən zəif göstəriciyə malik digər komanda kimi “Karvan”ı qeyd etmək lazımdır. Mükafatlar uğrunda mübarizə aparan, avrokuboklara çıxmağı qarşısına məqsəd qoyan Yevlax klubu qış fasiləsinə 25 xalla 6-cı pillədə yollanmışdı. İkinci dövrədə hesabına cəmi 9 xal yazan “Karvan” yekunda mövsümü 9-cu yerdə başa vurdu.

Çempionluq uğrunda mübarizə aparan “Bakı” ilə “İnter” ikinci dövrədə rollarını dəyişdi. Belə ki, ilk dövrənin qalibi “İnter”, ikinci dövrə və ümumiyyətlə, mövsümün qalibi isə “Bakı” oldu. Birinci dövrə ilə müqayisədə ikinci dövrədə ən çox xalı “Neftçi” toplayıb. Tarixində ən zəif mövsümünü keçirən flaqman mövsümün ikinci yarısında birincindən 2 dəfə çox xal yığıb. “Qəbələ” də ikinci dövrədə çox xal toplasa da, “Neftçi”dən fərqli mövqeyini dəyişməyib. Yəni qəbələlilər elə ikinci dövrəni də 10-cu pillədə bitiriblər.

Dövrələrin müqayisəsini apararkən məlum olur ki, turnir cədvəlində ən böyük irəliləyiş “Turan”a məxsusdur. Belə ki, Tovuz klubu ikinci dövrədə ilk dövrədən düz 4 dəfə çox xal toplayıb. Mövsümün ilk yarısında qələbə üzünə həsrət qalan, son pillədə qərarlaşan “Turan” bu il 5 dəfə meydanı qalib tərk etdi. İkinci dövrədə bu uğurlu çıxış 4 pillə irəliləməyə - 10-cu yerə yüksəlməyə imkan yaratdı.

Qeyd edək ki, bombardirlər yarışında da lider dəyişikliyi baş verib. İlk dövrənin ən sərrast futbolçusu olan “Xəzər-Lənkəran”ın bolqar hücumçusu İvan Svetkov zirvəni əldən verdi. “İnter”in uruqvaylı hücumçusu Valter Quqlemon həm ikinci, həm də cari mövsümün bombardiri oldu.

1-ci dövrənin turnir cədvəli

 

komandalar

O

Q

H

M

T

X

1

İnter

13

9

4

0

28-8

31

2

Bakı

13

9

2

2

31-6

29

3

Simurq

13

8

4

1

18-8

28

4

Xəzər-Lənkəran

13

8

2

3

24-12

26

5

Olimpik

13

7

4

2

17-10

25

6

Karvan

13

8

1

4

19-11

25

7

Qarabağ

13

7

3

3

19-15

24

8

Standard

13

6

2

5

12-13

20

9

Neftçi

13

3

4

6

11-11

13

10

Qəbələ

13

3

3

7

13-14

12

11

Bakılı

13

1

3

9

9-32

6

12

Muğan

13

1

2

10

9-24

5

13

MOİK

13

1

2

10

6-26

5

14

Turan

13

0

4

9

3-29

4


Bombardir: İvan Svetkov (“Xəzər-Lənkəran”) – 10


2-ci dövrənin turnir cədvəli

 

komandalar

O

Q

H

M

T

X

1

Bakı

13

11

0

2

23-7

33

2

İnter

13

9

3

1

26-8

30

3

Simurq

13

8

1

4

21-12

25

4

Qarabağ

13

7

4

2

16-7

25

5

Xəzər-Lənkəran

13

7

3

3

25-9

24

6

Neftçi

13

6

5

2

19-20

23

7

Qəbələ

13

6

3

4

15-7

21

8

Standard

13

6

1

6

18-18

19

9

Olimpik

13

5

4

4

15-8

19

10

Turan

13

5

1

7

16-16

16

11

Karvan

13

2

3

8

9-22

9

12

Bakılı

13

2

0

11

5-33

6

13

Muğan

13

3

0

10

10-29

9

14

MOİK

13

0

0

0

6-38

5


Bombardir: Valter Quqlemon (“İnter”) - 10


Yekun turnir cədvəli

 

komandalar

O

Q

H

M

T

X

1

Bakı

26

20

2

4

54-13

62

2

İnter

26

18

7

1

54-16

61

3

Simurq

26

16

5

5

39-20

53

4

Xəzər-Lənkəran

26

15

5

6

49-21

50

5

Qarabağ

26

14

7

5

35-22

49

6

Olimpik

26

12

8

6

32-18

44

7

Standard

26

12

3

11

30-31

39

8

Neftçi

26

9

9

8

30-21

36

9

Karvan

26

10

4

12

28-33

34

10

Qəbələ

26

9

6

11

28-21

33

11

Turan

26

5

5

16

19-45

20

12

Muğan

26

4

2

20

19-53

14

13

Bakılı

26

3

3

20

14-65

12

14

MOİK

26

1

2

23

12-64

5


Bombardir: Valter Quqlemon (“İnter”) – 17
0