Sünnətulla Məmmədəliyev ölkəmizə gələsi olmadı
18.05.2009 - 23:11
Sünnətulla Məmmədəliyev ölkəmizə gələsi olmadı
Azərbaycanın gənclərdən ibarət milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Özbəkistan yığması ölkəmizə gəlir. Apasport.az saytının məlumatına görə, artıq Daşkəndi tərk edən özbəkistanlılar 28 nəfərlik nümayəndə heyəti ilə səfərə çıxıblar.

Mayın 20-də Lənkəranda keçiriləcək matça 21 futbolçu gətirən Özbəkistan gənclər yığmasının baş məşqçisi Əhməd Ubaydullayev son anda heyətdə daha iki oyunçu dəyişməyə məcbur olub. Belə ki, Asiya Çempionlar Liqasında “Əl-Hilal”a qarşı vacib oyunda iştirak edəcək “Paxtakor”un üzvü Şirzadxan Kərimov Azərbaycana gətirilmir.

“Qizilqum”un futbolçusu Sünnətulla Məmmədəliyev isə naməlum səbəblərdən heyətdən çıxarılıb. Ubaydullayev onların əvəzinə “Paxtakor”un iki futbolçusu - müdafiəçi Qulom Urunov və yarımmüdafiəçi Oybek Kiliçevnini komandasına çağırıb.

Misirdə keçiriləcək 20 yaşlılar arasında dünya çempionatının final mərhələsinə hazırlaşan özbəklərin baş məşqçisi Əhməd Ubaydullayev Azərbaycana aşağıdakı heyəti gətirir:

Qapıçılar: Daniyar Usmonov, Səncər Kuvvatov;

Müdafiəçilər: Abdukaxxor Xociəkbərov, Kamoliddin Taciboyev, Dilyorbek Ermetov, Sərvər Atabayev, Zoxid Raupov, Şerzod Əzəmov, Qulom Urunov;

Yarımmüdafiəçilər: Oybek Kiliçevni, Fayzulla Qəmbərov, Fazıl Musayev, Doston Abdurahmanov, Zoxir Pirimov, Cəsur Hasanov, Şükrat Muxamadiyev, Əlişer Samatov;

Hücumçular: Kenca Turayev, Sənət Şixov, İvan Naqayev, Əlişer Əzizov.
0