Azərbaycan - İspaniya oyununa biletlər: minimum 5, maksimum 100 manat
19.05.2009 - 10:51
Azərbaycan - İspaniya oyununa biletlər: minimum 5, maksimum 100 manat
Azərbaycan milli komandasının iyunun 9-da İspaniya yığması ilə Bakıda keçirəcəyi yoldaşlıq görüşü üçün biletlər satışa çıxarılıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, biletlərin minimum qiyməti 5 manat, maksimum qiyməti isə 100 manatdır.

Saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq oyuna biletlər arenanın kassalarında, “Nərgiz”, eləcə də “Şüvəlan Park” ticarət mərkəzlərində satılır. Biletləri həmçinin səyyar satış məntəqələrindən də əldə etmək mümkündür.

Qeyd edək ki, milli komandamız son Avropa çempionu İspaniya ilə oyuna qədər Respublika stadionunda Uels yığmasını sınağa çəkəcək. İyunun 6-da baş tutacaq həmin görüşə də biletlər yuxarıda göstərilən məkanlarda satılır.
0