Azərbaycan yığmasının rəqibi səfir olur
19.05.2009 - 11:01
Azərbaycan yığmasının rəqibi səfir olur
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının baş məşqçisi Qus Hiddinkə yeni vəzifə təklif olunacaq. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Çelsi” klubuna da rəhbərlik edən hollandiyalı mütəxəssis Rusiya Futbol İttifaqında (RFİ) ictimai missiyasını həyata keçirə bilər.

2018-ci və ya 2022-ci ildə dünya çempionatının final mərhələsinə ev sahibliyi etmək iddiasına düşən rusiyalılar bu məsələ ilə bağlı müraciətin Hiddink tərəfindən təqdim olunması istəyir. RFİ-nin baş direktoru Aleksey Sorokinin sözlərinə görə, çalışdırıcı ilə bu haqda söhbət olacaq: “Biz həqiqətən də Hiddinkin dünya çempionatını qəbul etmək uğrunda mübarizədə səfirimiz olmasını istəyirik. Yaxın günlərdə söhbət edəcəyimiz mütəxəssisin bizimlə razılaşacağına inanırıq. İngiltərə və ya İspaniya-Portuqaliya kimi ölkələrlə mübarizədə Hiddinkin nüfuzu bizim üçün yerinə düşər”.
0