Bizim klubların qənimi yenə ölkə çempionu oldu
19.05.2009 - 13:42
Bizim klubların qənimi yenə ölkə çempionu oldu
Azərbaycan klublarının qənimi olan Praqanın “Slaviya” klubu Çexiya çempionluğu qazanıb. Apasport.az saytının məlumatına görə, 28-ci turda səfərdə “Viktoriya Jijkov” komandasına 3:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi qızıl medalları vaxtından əvvəl təmin edib.

“Slaviya” ardıcıl ikinci dəfə çempion olmaqla, titulunu qoruyub. Praqalılar Çexiyanın müstəqilliyi dövründə 3-cü dəfə qalib olublar.

Xatırladaq ki, “Slaviya” avrokuboklarda komandalarımızla hər iki sınaqda üstün gəlib. 2000-ci ildə “Şəmkir”i Çempionlar Liqasında (ÇL) mübarizədən kənarlaşdıran (1:0 və 4:1) praqalılar bundan 6 il sonra UEFA kubokunda “Karvan”a eyni aqibəti yaşadıb (2:0 və 0:0). Hər iki sınaq ikinci təsnifat mərhələsinə təsadüf edib və “Slaviya” yenə mübarizəyə bu mərhələdən başlayacaq. Praqa klubu bu dəfə ÇL-də “Bakı”nın potensial rəqibidir.
0