Messi: “Real”ın prezidenti mənə zəng vurarsa...
19.05.2009 - 14:29
Messi: “Real”ın prezidenti mənə zəng vurarsa...
“Barselona”nın argentinalı yarımmüdafiəçisi Lionel Messi maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, “Adidas” firmasının keçirdiyi tədbirə qatılan gənc futbolçu “Real”la bağlı fikirlərini açıqlayıb. Messidən Madrid klubunun prezidenti postuna əsas namizəd Florentino Peresin onu “Real”a dəvət edəcəyi təqdirdə, hansı cavab verəcəyi soruşulub.

“Peres hörmət etdiyim insandır. Mənə zəng vurarsa, səsini eşitdiyim üçün şad olaram. Amma bundan artıq heç nə edə bilmərəm” - deyə Lionel vurğulayıb.

Argentinalı “Barselona”ya sadiqliyini bir daha nümayiş etdirib: “Burada çox məmnunam. Qazandığım uğurlar üçün “Barselona”ya borcluyam. Məni komandadan uzaqlaşdırmayana qədər, burada qalacağam”.

Qeyd edək ki, Peres iyunun 14-də “Real”ın prezidenti vəzifəsinə keçiriləcək seçkidə qələbəyə əsas namizəd sayılır.
0