“Qalatasaray” “Latsio”dan futbolçu alır
19.05.2009 - 23:28
Madrid “Atletiko”sunun qapıçısı Leo Frankodan əlini üzən “Qalatasaray” “Latsio”nun qolkiperi Xuan Pablo Karrizoya elçi düşüb. Apasport.az saytının məlumatına görə, “Cim-Bom” yayda Romadan ayrılacağı dəqiqləşən 25 yaşlı argentinalı qolkiperə rəsmi təklif göndərib və “hə” cavabı alıb. Türk mətbuatına inansaq, Karrizo mövsümün sonunda istanbullularla üçillik rəsmi anlaşmaya imza atacaq. Sövdələşməyə əsasən, “Qalatasaray”ın rəhbərliyi qolkiperə ildə 1 milyon avro ödəyəcək. “Latsio” ilə mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmaqda maraqlı olmayan Karrizo Madrid “Atletiko”su həmçinin və “Everton” dan gələn təklifləri rədd edib. Əvvəllər Argentinanın “River Pleyt” klubun şərəfini qorumuş Karrizo 2008-ci ildən “Latsio”nun uğurları üçün tər tökür. O, cari mövsümdə A seriyasında 20 oyunda iştirak edib. Karrizo Argentina millisinin heyətində isə 7 oyun keçirib.
- Popoviç Türkiyəni hədələdi - “Zəif yerlərini tapmışam”
- Hakan Safidən seçki sonrası mesaj: 10 min səs toplamışıq
- Mourinyonun yerinə Marko Silva - “Benfika”da yeni baş məşqçi
- Ançelottidən təzyiq açıqlaması - “Aslanı pişik balası kimi görərsən”
- “Arsenal”dan yunan futbolçu üçün həmlə - Tələb 40 milyon avro
0
0