“Beşiktaş” rumın futbolçu ilə danışıqlara başlayıb
19.05.2009 - 23:45
Superliqanın lideri “Beşiktaş” “Şaxtyor”un və Rumıniya millisinin müdafiəçisi Razvan Rats ilə danışıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, “qara qartal” 27 yaşlı futbolçu üçün Donetsk klubuna 3 milyon avro təklif edib. İstanbula köçəcəyi halda Ratsın ilinə 1 milyon avro məvacib alacağı söylənilir. Qeyd edək ki, 2003-ci ildən “Şaxtyor”un şərəfini qoruyan Rats cari mövsümdə Ukrayna çempionatında 16 oyun keçirib. Bundan başqa, “Hamburq”un və Kamerun millisinin fovardı Timoti Atuba da “Beşiktaş”a keçməyə yaxındır. “Sabah” qəzetinin məlumatına görə, “Qara qartal” 27 yaşlı futbolçu üçün almanlara rəsmi təklif göndərsə də, məbləğ barəsində heç bir açıqlama verilmir. 2005-ci ildə “Tottenhem”dən transfer olunan Atuba cari mövsümdə “Hamburq”un heyətində Bundesliqada cəmi 9 oyunda iştirak edib.
- Popoviç Türkiyəni hədələdi - “Zəif yerlərini tapmışam”
- Hakan Safidən seçki sonrası mesaj: 10 min səs toplamışıq
- Mourinyonun yerinə Marko Silva - “Benfika”da yeni baş məşqçi
- Ançelottidən təzyiq açıqlaması - “Aslanı pişik balası kimi görərsən”
- “Arsenal”dan yunan futbolçu üçün həmlə - Tələb 40 milyon avro
0
0