UEFA kubokunun finalçılarına nərd bağışladılar
20.05.2009 - 10:01
UEFA kubokunun finalçıları Ukraynanın “Şaxtyor” və Almaniyanın “Verder” klublarına xatirə hədiyyəsi verilib. Apasport.az saytının məlumatına görə, bu gün İstanbulun “Şükrü Saracoğlu” stadionunda görüşəcək komandalara nərd bağışlanıb.
İstanbulun Avropa və Asiyanın kəsişməsində yerləşdiyini nəzərə alan təşkilatçılar “Şaxtyor” və “Verder”in üzvlərinə Şərqdə yaranmış nərd hədiyyə etməyi daha məqsədəuyğun sayıblar. Oyunun hər bir iştirakçısına qeyri-adi tərtibatda nərdlər təqdim olunub.
“Şükrü Saracoğlu” stadionundakı finalın özəlliyi ondan ibarətdir ki, UEFA kuboku bu gün tarixin yaddaşına köçəcək. Sayca 38-ci dəfə keçirilən turnir yeni mövsümdən Avroliqa adlanacaq.

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0