Apasport.az seçimini etdi: Azərbaycanda nömrə bir! - SORĞU
20.05.2009 - 11:42
Apasport.az seçimini etdi: Azərbaycanda nömrə bir! - SORĞU
Apasport.az saytı Peşəkar Futbol Liqası (PFL) ilə birgə 2008/09 mövsümünün yekunlarına dair sorğu keçirib. Futbolçular, məşqçilər, mütəxəssislər və idman jurnalistləri arasında təşkil olunmuş sorğuya əsasən, mövsümün ən yaxşı qapıçısı müəyyənləşib. Bu ada “Bakı”nın seneqallı qapıçısı Xalidu Sissoko layiq görülüb.

Gərgin keçən səsvermədə 31 yaşlı afrikalı milli komandamızın qapıçıları Fərhad Vəliyev və Kamran Ağayevi çox az səslə qabaqlayıb. Öz klublarında əsas qapıçı funksiyasını yerinə yetirən Xalidu ilə Fərhaddan fərqli, Ağayevin bu qədər səs toplaması maraq doğurur. Çünki Kamran zədə ucbatından mövsümün 32 oyunundan cəmi 9-da forma geyinib. Başqa sözlə, o, mövsümü boşa verib. Buna baxmayaraq, bir çox respondentlər məhz ona səs veriblər. Yəqin ki, bu, Ağayevin yığmamızın heyətində göstərdiyi uğurlu oyunla əlaqədardır.

Qeyd edək ki, səsvermədə Premyer Liqada yarışmış 14 klubun hərəsindən 3 nümayəndə – baş məşqçi, əsas qapıçı və şərti olaraq, “qapıçıların qənimi” adlandırılan hücumçu və ya hücuma meylli yarımmüdafiəçilər iştirak ediblər. Eyni zamanda, sorğuya 14 müstəqil mütəxəssis və 20 jurnalist də qatılıb. Ümumilikdə səs verməli olan 76 respondentdən ikisi, milli komandanın almaniyalı baş məşqçisi Berti Foqts və onun qapıçılarla işləyən köməkçisi Uli Ştayn ayrı-seçkiliyə yol verməyiblər.

Klub təmsilçilərinə öz qapıçılarına səs vermək hüququ verilmişdi ki, bundan maksimum yararlananlar olub. Məsələn, Premyer Liqada güclə qalan “Muğan”ın qapıçısı Kamal Bayramov və demək olar, bütün mövsümü ehtiyat oyunçular skamyasında keçirmiş Elşən Poladov da səs qazanıb. Mövsümün iki ən yaxşı qapıçısı Xalidu və Fərhad təvazökarlıqdan uzaq olaraq, öz özlərinə səs veriblər. “Olimpik”in üzvü Rauf Mehdiyev isə başqa yolla özünün güclü olduğunu göstərib. O, ən yaxşı kimi ehtiyatda oturtduğu əvəzləyicisi Elşən Poladovun adın çəkib.

Sissoko mükafatına sabah Bakı Əyləncə Mərkəzində keçiriləcək tədbirdə qovuşacaq. Bundan başqa, PFL daha 9 nominasiya üzrə qaliblərin adların açıqlayacaq.

Yekun sıralama

1. Xalidu Sissoko (Bakı) – 20
2. Fərhad Vəliyev (Qarabağ) – 18
3. Kamran Ağayev (Xəzər-Lənkəran) – 17
4. Taras Çopik (Simurq) – 5
5-6. Raymundo Vilson (İnter) – 4
Rauf Mehdiyev (Olimpik) - 4
7-8. Kamal Bayramov (Muğan) – 2
Pavel Doroşev (Qəbələ) - 2
9-10. Dmitri Kramarenko (Xəzər-Lənkəran) – 1
Elşən Poladov (Olimpik) - 1

Kim kimə səs verib?

respondent

təmsil etdiyi yer

seçimi

 

QAPIÇILAR

 

Xalidu Sissoko

“Bakı”

Xalidu Sissoko

Raymundo Vilson

“İnter”

Fərhad Vəliyev

Taras Çopik

“Simurq”

Fərhad Vəliyev

Fərhad Vəliyev

“Qarabağ”

Fərhad Vəliyev

Dmitri Kramarenko

“Xəzər-Lənkəran”

Rauf Mehdiyev

Rauf Mehdiyev

“Olimpik”

Elşən Poladov

Hüseyn Məhəmmədov

“Standard”

Fərhad Vəliyev

Vladimir Miçoviç

“Neftçi”

Fərhad Vəliyev

Pavel Doroşev

“Qəbələ”

Kamran Ağayev

Nadir Şükürov

“Karvan”

Kamran Ağayev

Anar Nəzirov

“Turan”

Kamran Ağayev

Kamal Bayramov

“Mugan”

Fərhad Vəliyev

Tariyel Hüseynov

“Bakılı”

Xalidu Sissoko

Elçin Cəfərov

MOİK

Fərhad Vəliyev

 

QAPIÇILARIN QƏNİMLƏRİ

 

Amiran Muciri

“Bakı”

Xalidu Sissoko

Valter Quqlemon

“İnter”

Fərhad Vəliyev

Vladimir Mazyar

“Simurq”

Taras Çopik

Vaqif Cavadov

“Qarabağ”

Fərhad Vəliyev

İvan Tsvetkov

“Xəzər-Lənkəran”

Kamran Ağayev

Leandro Qomeş

“Olimpik”

Xalidu Sissoko

Anhel Qutyerres

“Standard”

Raymundo Vilson

Samir Əliyev

“Neftçi”

Xalidu Sissoko

Kənan Kərimov

“Qəbələ”

Taras Çopik

Vüqar Nadirov

“Karvan”

Fərhad Vəliyev

Nadir Nəbiyev

“Turan”

Fərhad Vəliyev

Tərlan Xəlilov

“Mugan”

Kamal Bayramov

Vasif Əliyev

“Bakılı”

Xalidu Sissoko

İsmayil  Məmmədov

MOİK

Rauf Mehdiyev

 

BAŞ MƏŞQÇİLƏR

 

Qyoko Hacıyevski

“Bakı”

Xalidu Sissoko

Valentin Xodukin

“İnter”

Raymundo Vilson

Roman Pokora

“Simurq”

Taras Çopik

Qurban Qurbanov

“Qarabağ”

Fərhad Vəliyev

İqor ponomaryov

“Xəzər-Lənkəran”

Kamran Ağayev

Əsgər Abdullayev

“Olimpik”

Rauf Mehdiyev

Rafiq Mirzəyev

“Standard”

Fərhad Vəliyev

Böyükağa Ağayev

“Neftçi”

Fərhad Vəliyev

Ramiz Məmmədov

“Qəbələ”

Pavel Doroşev

Yunis Hüseynov

“Karvan”

Kamran Ağayev

Rasim Əliyev

“Turan”

Kamran Ağayev

Vladislav Qədirov

“Mugan”

Kamal Bayramov

Bəxtiyar Qulamov

“Bakılı”

Fərhad Vəliyev

Qəhrəman Əliyev

MOİK

Xalidu Sissoko

 

MÜTƏXƏSSİSLƏR

 

Berti Foqts

Milli komandanın baş məşqçisi

-

Uli Ştayn

Milli komandanın məşqçisi

-

Nizami Sadıqov

Veteran qapıçı

Fərhad Vəliyev

Camaləddin Əliyev

Veteran qapıçı

Xalidu Sissoko

Vaqif Sadıqov

Milli komandanın sabiq baş məşqçisi

Kamran Ağayev

Ağasəlim Mircavadov

Milli komandanın sabiq baş məşqçisi

Kamran Ağayev

Vəli Qasımov

Veteran futbolçu

Fərhad Vəliyev

Faiq Əzizov

Milli komandanın məşqçisi

Kamran Ağayev

İsgəndər Cavadov

Regionlar Futbol Federasiyasının prezidenti

Kamran Ağayev

Oqtay Abdullayev

Veteran futbolçu

Kamran Ağayev

Asim Xudiyev

Veteran futbolçu

Dmitri Kramarenko

Nazim Süleymanov

U-21-in məşqçisi

Xalidu Sissoko

Şakir Qəribov

U-21-in sabiq baş məşqçisi

Kamran Ağayev

Yaşar Vahabzadə

Veteran futbolçu

Kamran Ağayev

 

JURNALİSTLƏR

 

Kənan Həsənov

“Futbol+”

Taras Çopik

Anar Xanlarov

“Çempion”

Pavel Doroşev

Natiq Əliyev

“Het-trik”

Xalidu Sissoko

Mikayıl Nərimanoğlu

“Futbol dünyası”

Kamran Ağayev

Rüstəm Piriyev

Extratime.az/Exo

Xalidu Sissoko

Rəşad Ergün

“Komanda”

Xalidu Sissoko

İlkin Vaqifoğlu

“Futbol+qol”

Xalidu Sissoko

Mehman Süleymanov

apasport.az

Xalidu Sissoko

Elşən Məmmədov

Lent.az

Xalidu Sissoko

Rüstəm Mikayıllı

azerisport.com

Raymundo Vilson

Emil Hüseynli

Trend

Kamran Ağayev

Aydın Bağırov

Qol.az

Taras Çopik

Ceyhun Əliyev

Livesport.az

Xalidu Sissoko

İlkin Fikrətoğlu

ATV

Kamran Ağayev

Gündüz Abbaszadə

ANS

Xalidu Sissoko

Elman Himayətoğlu

İTV

Xalidu Sissoko

Elnur Məmmədli

AzTV

Rauf Mehdiyev

Tural Xudiyev

Space

Fərhad Vəliyev

Pərviz Musayev

Lider

Raymundo Vilson

Ceyhun Rzayev

Xəzər

Xalidu Sissoko

0