AFFA-nın baş katibi “Şükrü Saracoğlu” stadionunda
20.05.2009 - 11:58
AFFA-nın baş katibi “Şükrü Saracoğlu” stadionunda
AFFA-nın baş katibi Elxan Məmmədov Türkiyəyə yollanıb. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, UEFA rəhbərliyi Məmmədovu bu gün İstanbulun “Şükrü Saracoğlu” stadionunda Ukraynanın “Şaxtyor” və Almaniyanın “Verder” klubları arasında keçiriləcək UEFA kubokunun final oyununu izləməyə dəvət edib.

Hər il olduğu kimi, bu dəfə də final matçı ərəfəsində qitə futbol qurumunun üzvü olan milli assosiasiyaların baş katibləri ilə qeyri-rəsmi görüşünün təşkili nəzərdə tutulub.

Xatırladaq ki, “Şaxtyor” - “Verder” qarşılaşması Bakı vaxtı ilə 23:45-də başlanacaq.
0