Abid Şərifovdan “Bakı”ya təbrik
20.05.2009 - 12:08
Abid Şərifovdan “Bakı”ya təbrik
Son Azərbaycan çempionu “Bakı” klubunun ünvanına gələn təbriklər davam edir. Apasport.az saytının məlumatına görə, tarixində ikinci dəfə çempion titulu qazanan komandaya həm ölkə daxilindən, həm də xaricdən təbriklər gəlir.

Klubun rəsmi İnternet saytında bildirilir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, “Neftçi”nin vitse-prezidenti İlqar Quluzadə, “Qarabağ”ın direktoru Əmrah Çəlikəl, “Göyəzən”in direktoru Mehdi Salmanov, “Bakı”nın Lənkəran bölgəsi üzrə fanatlarının qrup rəhbəri Elşən İmaməliyev təbriklərini çatdırıb.

“Zolaqlılar”ın Rusiya (Moskva) təmsilçisi Abid Şərifov, İsrailin “Makkabi” (Hayfa) klubunun baş direktoru İtamar Çizik, ukraynalı FİFA agenti Yuri Kislyak, “Eurosport” idman kanalının əməkdaşı Françesko Seranio də təbrik göndərənlər sırasındadır.

Bununla bağlı “Bakı” rəhbərliyi öz təşəkkürünü bildirib: “Əziz futbolsevərlər, əmin olun ki, "Bakı" hər birimizin ümidlərini doğrultmaq üçün bütün zəruri addımları atacaq”.
0