Milli komandamız Moldovaya gedir
20.05.2009 - 12:14
Milli komandamız Moldovaya gedir
Azərbaycanın 17 yaşlılardan ibarət yığması Moldovaya yollanacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, səfərdə əsas məqsəd “FA of Moldova Cup” turnirində iştirak etməkdir.

Oliver Pelzerin baş məşqçisi olduğu milli komandamız Moldova, Belarus və Rumıniyanı sınağa çəkəcək. Yarış 17-21 iyun aralığında gerçəkləşəcək.
0