“Qarabağ”ın futbolçusu üçün yeni baş məşqçi
20.05.2009 - 12:57
“Qarabağ”ın futbolçusu üçün yeni baş məşqçi
Albaniya milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu posta xorvatiyalı Yosip Kuje təyin olunub. Albaniya Futbol Federasiyası Kuje ilə bir illik müqavilə imzalayıb.

O, məşqçilik fəaliyyətinə 10 il oynadığı Zaqreb “Dinamo”sunda başlayıb. 56 yaşlı Kuje bundan sonra Almaniyanın “Maynts”, Çinin “Çibe” klublarının, eləcə də Raundu yığmasının baş məşqçisi olub.

Qeyd edək ki, Albaniya yığmasında baş məşqçi postu hollandiyalı Ari Hanın apreldə istefaya göndərilməsindən boş qalmışdı. Hazırda ölkəmizdə çıxış edən yeganə alban futbolçu – Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Admir Teli də öz ölkəsinin milli komandasının üzvüdür.
0