Komandamızın ayağı avstriyalı hakim üçün düşərli oldu
20.05.2009 - 13:32
Komandamızın ayağı avstriyalı hakim üçün düşərli oldu
Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının iyunun 8-də İngiltərə ilə yoldaşlıq görüşünü idarə edəcək avstriyalı hakim Robert Şergenhofer yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, 38 yaşlı FİFA hakimi yığmamızın İngiltərənin Milton Keynes şəhərindəki oyunundan sonra Finlandiyaya yollanacaq.

Şergenhofer əsas milli komandamızın 2010-cu il dünya çempionatının seçmə mərhələsindəki rəqibləri Finlandiya və Rusiya yığmaları arasında iyunun 10-da Helsinkidə keçiriləcək görüşündə ehtiyat hakim funksiyasını yerinə yetirəcək. O, baş hakim olan həmyerlisi Konrad Plautsun başçılıq etdiyi hakimlər briqadasında yer alıb. Avstriyalı referilərin işini slovakiyalı hakim-inspektor Yozef Marko qiymətləndirəcək.
0