“Bakı” qeyri-adi matç keçirəcək
20.05.2009 - 15:14
“Bakı” qeyri-adi matç keçirəcək
Azərbaycan çempionu "Bakı"nın Çempionlar Liqası ərəfəsində keçirəcəyi yoxlama oyunlarından birindəki rəqibi məlum olub. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, məsul turnirə hazırlıq məqsədilə təlim-məşq toplanışı keçmək üçün iyunda Sloveniyaya yola düşəcək bakılılar Vətəni tərk etməmiş bir qarşılaşmaya çıxacaqlar.

“Zolaqlılar”ın ilk rəqibləri isə qeyri-adi kollektivdir. Bu, KİV nümayəndələrindən ibarət komanda olacaq. Matç iyunun ortalarında baş tutacaq. Yalnız bundan sonra baş məşqçi Qyoko Hacıyevskinin yetirmələri Sloveniyaya yola düşərək, bu ölkədə avrokuboklara və yeni mövsümə hazırlaşacaqlar.
0