Afrikanın ekstravaqant qapıçısı Xalidu Sissoko
20.05.2009 - 16:36
Afrikanın ekstravaqant qapıçısı Xalidu Sissoko
“Bakı” klubunun heyətində Azərbaycan çempionu olan Xalidu Sissoko apasport.az saytının versiyasına əsasən, mövsümün ən yaxşı qapıçısı seçilib. Peşəkar Futbol Liqası ilə birgə keçirilmiş sorğuda bütün rəqiblərini qabaqlayan 31 yaşlı futbolçu bir çox rekordların sahibidir.

Sissoko Azərbaycan çempionatları tarixində yeganə oyunçudur ki, dünya çempionatının final mərhələsində oynayıb. O, 2002-ci ildə Seneqal yığmasının heyətində Yaponiya və Cənubi Koreyada təşkil olunmuş turnirə yollanıb. Komandasının üçüncü qapıçısı olan Xalidu meydana çıxmaq şansı qazanmasa da, seneqallıların 1/4 finala qədər irəliləməsinə sevinib. Yarımfinalın bir addımlığında isə Sissokonu Türkiyə yığması dayandırıb.

1998-ci ildə - 20 yaşında başladığı peşəkar karyerası ərzində yalnız iki klubun şərəfini qoruyan qapıçı “Bakı”ya qədər 6 il “Janna d’Ark”da çıxış edib. 2004-cü ilin yayında isə seneqallının rekordlarla və məqamlarla dolu Azərbaycan karyerasına start verilib.

Beləliklə, Premyer Liqanın ekstravaqant futbolçusu ilə tanışlığa başlayırıq:
* “Bakı”da debütü - 26.09.2004. “Şəfa” üzərində 3:0 hesablı qələbə.
* İlk 3 oyunda qol buraxmayan seneqallı birinci dəfə yalnız 4-cü oyununda “Bakılı” ilə matçda qapısında qol görüb – 7:2.
* Çıxış etdiyi ilk çempionatda 6 matçdan cəmi birində qol buraxıb.
* 2004/05 mövsümündə ölkə kubokunun qalibi. Lakin “İnter”lə final oyununda adı ilk “18-liy”ə də düşməyib.
* “Bakı”nın avrokuboklarda ilk “quru” oyununun müəllifi – 14.07.2005 “Jilina” (Slovakiya) ilə Bakıdakı matç – 1:0.
* “Jilina” ilə cavab matçının sonlarında qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyan Sissoko iki oyunluq avrokuboklardan kənarlaşdırılıb və növbəti mövsüm Çempionlar Liqasında oynaya bilməyib.
* 2006/07 mövsümünün 4-cü turunda “Xəzər-Lənkəran”la oyununda Sissokonun 985 dəqiqəlik “quru” seriyası qırılır. Bu nəticə Premyer Liqa tarixində ikinci nəticədir. Seriya zamanı qapıçı ardıcıl 10 oyunda qapısını toxunulmaz saxlayıb.
* Həmin matçda qırmızı vərəqə alan afrikalı lənkəranlılarla ikinci dövrə oyununda da meydandan qovulub. Lənkəranlı azarkeşlərlə söz davasına çıxan Xalidu özbaşına meydanı tərk etmək istəyib. Sanki küsüb oynamaq istəməyən qapıçıya yaxınlaşan Babək Quliyev onun topu tribunaya atmasını qırmızı vərəqə ilə cəzalandırıb.
* Ümumiyyətlə, Sissoko üçün Lənkəran cəhənnəmə bənzəyir. Hər dəfə onun yerli azarkeşlərlə münaqişəsi yaranır. Bəzən polislər Xaliduya ilişir, bəzən də afrikalı onların “bostanına daş atır”.
* 2007-ci ildə “Birlik kuboku”nda ardıcıl 3 “quru” oyun keçirməklə, Azərbaycan təmsilçilərinin rekorduna imza atıb.
* 2006/07 mövsümündə bürünc mükafatçı olub.
* Sissoko “Bakı” karyerasında 3 dəfə penaltilər seriyasının iştirakçısı olub. “Daçiya” (Moldova) ilə İntertoto, MOİK (Rusiya) ilə Birlik kuboku, “Qəbələ” ilə Azərbaycan kubokunda bakılıların rəqibinə uduzub. Moldovada 1:3, Moskvada 2:3, Qəbələdə 3:4.
* Sissoko “Bakı”dakı 4-cü qırmızı vərəqəni “İnter”lə 16-cı turun matçında alır.
* Daha bir dəfə “quru” seriyaya imza atan Xalidu 971 dəqiqəlik seriya ilə çempionatlar tarixinin üçüncü nəticəsini göstərib.
* Ötən il komandaya gələn yeni baş məşqçi Qyoko Hacievski tərəfindən cəzalandırılan Sissoko ikinci komandaya göndərilmişdi.
* 2008/09 mövsümündə Sissoko Azərbaycanda 5 mövsümdə 3-cü (2-cı dəfə qızıl medal) medalını qazandı.
* Premyer Liqanın 2008/09 mövsümündə ən azı oyunların yarısında – 13-də meydana çıxan qapıçılar arasında yalnız Sissoko 10-dan az top buraxıb və ən etibarlı qapıçı olub.
* Beş il ərzində “Bakı”da 99 oyun keçirən Sissoko Çempionlar Liqasının ilk qarşılaşmasında yubileyini qeyd edə bilər.

Sissokonun “Bakı” karyerası

mövsüm

turnir

oyun

buraxılan qollar

sarı vərəqə

qırmızı vərəqə

quru oyunlar

2004/05

Çempionat

6

2

-

-

5

Kubok

2

1

-

-

1

2005/06

UEFA

2

2

-

1

1

Çempionat

18

7

1

-

12

Kubok

3

3

-

-

2

2006/07

Birlik

4

4

1

-

3

Çempionat

21

7

4

2

16

Kubok

3

2

-

-

2

2007/08

İntertoto

2

2

-

-

-

Çempionat

17

16

4

1

7

Kubok

2

1

1

-

1

2008/09

Çempionat

18

9

2

-

13

Kubok

1

2

-

-

-

Cəmi

Çempionat

80

41

11

3

53

Kubok

11

9

1

-

6

Avrokubok

4

4

-

1

1

Birlik

4

4

1

-

3

YEKUN

99

58

13

4

63

0