Azərbaycanda əvəzolunmaz oyunçu yoxdur - STATİSTİKA
20.05.2009 - 23:03
Azərbaycanda əvəzolunmaz oyunçu yoxdur - STATİSTİKA
Azərbaycan Premyer Liqasının 2008/09 mövsümündə bütün oyunları əvəzolunmadan keçirən futbolçu yoxdur. Apasport.az saytının hesablamalarına görə, yalnız 4 oyunçu 26 turun hamısında iştirak edib. Onların hər biri heç olmasa bir dəfə əvəzlənib. Bütün qarşılaşmalarda mübarizə aparan 4 nəfərdən üçü bürünc mükafatçı “Simirq”un oyunçularıdır.

Yalnız 13-cü turun “Xəzər-Lənkəran”la görüşünün 70-ci dəqiqəsində əvəzlənən Kaxaber Çxetiani digər 25 görüşdə 90 dəqiqə meydanda olub. Cəmi 20 dəqiqə mübarizədən kənar qalmaqla mövsümün rekordçusu olan gürcüstanlı müdafiəçi komanda yoldaşını - kapitanı ukraynalı Mixaylo Starostyakı 25 dəqiqə qabaqlayıb. Bu göstəricidə üçüncü yeri tutan futbolçu da legionerdir. Söhbət “Muğan”ın liberiyalı legioneri İsaak Pupodan gedir. O, çempionatın nadir oyunlarında 90 dəqiqə oynamaq şansı qazansa da, bütün görüşlərdə meydana çıxıb.

Premyer Liqada 26 görüşə çıxan yeganə azərbaycanlı futbolçu “Simurq”un üzvü Tural Cəlilov daha az oynamaq şansı qazanıb. Hətta 25 oyun keçirən futbolçuların hamısı Turaldan çox mübarizə aparıblar.

Premyer liqada ən azı 25 oyun keçirən futbolçular:

yer

futbolçu

klubu

oyun

dəqiqə

1

Kaxaber Çxetiani

"Simurq"

26

2320

2

Mixaylo Starostyak

"Simurq"

26

2295

3

İsaak Pupo

“Muğan”

26

1993

4

Tural Cəlilov

"Simurq"

26

1718

5

Ernad Skuliç

"Bakı"

25

2250

6

Taras Çopik

"Simurq"

25

2250

7

Tərlan Xəlilov

“Muğan”

25

2224

8

Sergey Sokolov

"Simurq"

25

2221

9

Əliyar İsmayılov

"İnter"

25

2206

10

Ruslan Əmircanov

"Standard"

25

2205

11

Sergey Artyux

"Simurq"

25

2163

12

Mixail Maxviladze

"Simurq"

25

2027

13

Vaqif Cavadov

"Qarabağ"

25

1746

0