SSRİ çempionu 42 yaşında vəfat etdi
20.05.2009 - 22:41
SSRİ çempionu 42 yaşında vəfat etdi
Moskvanın “Spartak” klubunun sabiq futbolçusu Andrey İvanov vəfat edib. Apasport.az saytının məlumatına görə, 42 yaşında dünyasını dəyişən veteran futbolçu son vaxtlar alkoqola aludəçilikdən əziyyət çəkirmiş.

2000-ci ildə futbolçu karyerasını bitirən İvanov “Spartak”ın heyətində SSRİ kuboku, 1992-ci və 1993-cü illərdə Rusiya çempionluğunu və bürünc medal qazanıb. Daha sonra Moskva “Dinamo”suna keçən müdafiəçi gümüş mükafat əldə edib.

“Spartak”ın heyətində 155 oyunda 4 qol vuran İvanov, həmçinin Moskvanın MOİK və “Nika”, Avstriyanın “Tirol” və “Qroyter Fyurt”, Portuqaliyanın “Alverka” klublarında oynayıb. O, SSRİ, MDB və Rusiya yığmalarında çıxış edib. Andrey MDB yığmasının heyətində 1992-ci ildə Avropa çempionatının final mərhələsində iştirak edib.
0