Lənkərandakı tarixi matçı uduzduq
20.05.2009 - 19:05
Lənkərandakı tarixi matçı uduzduq
Bu gün Azərbaycan futbolu tarixində Lənkəranda ilk dəfə milli komandalar səviyyəsində beynəlxalq oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Lənkəran şəhər stadionunda 21 yaşadək futbolçulardan ibarət yığmamız (U-21) Özbəkistanın U-20-sini sınağa çəkib.

Milli komandamızın start heyətində Osman Umarov, Maksim Medvedyev, Tural Nərimanov, Taqim Novruzov, Elvin Məmmədov, Rauf Əliyev, Eşqin Quliyev, Rahid Əmirquliyev, Nodar Məmmədov, Araz Abdullayev və Cavid İmamverdiyev yer alıb. Ancaq təəssüf ki, tarixi matçı məğlubiyyətlə başa vurmuşuq. İlk hissədə fərqlənən qonaqlar sonadək qələbə hesabını qoruya biliblər - 0:1.
0