Ronaldo dalaşdı, vurdu, saç yoldu
21.05.2009 - 11:03
Braziliyalı dünya çempionu Ronaldonu ağır cəza gözləyir. Apasport.az saytının məlumatına görə, vətənində “Korintians” klubunun şərəfini qoruyan “Yekədiş” ləqəbli futbolçu ölkə çempionatının 2-ci turunda “Botafoqo” ilə görüşdə dalaşıb.
Müdafiəçi Faueluya bir neçə zərbə vuran Ronaldo üstəlik, onun saçını qoparıb. Braziliya hüquq-mühafizə orqanlarının rəsmisi Paulu Şmidt məşhur hücumçunun hərəkəti ilə bağlı ciddi araşdırma aparıldığını söyləyib: “Biz həmin oyuna aid şəkil istəmişik. Epizodun geniş şəkildə öyrənilməsi ilə məşğul olacağıq”.
Ən yaxşı halda Ronaldo 3 oyunluq cəzalandırılacaq. Amma futbolçuya 10 oyunluq ağır cəza da verilə bilər.

0
0