Arda Turan sevgilisi ilə ilk dəfə əl-ələ - FOTOSESSİYA
21.05.2009 - 11:10
Arda Turan sevgilisi ilə ilk dəfə əl-ələ - FOTOSESSİYA
Türkiyə milli komandasının futbolçusu Arda Turanın sirrinin üstü açılıb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”lı yarımmüdafiəçinin qol vurduqdan sonra “E” hərfini nümayiş etdirməsi səbəbsiz deyilmiş.

Məsələ burasındadır ki, Arda rəqib qapılarından keçirdiyi qolları sevgilisi Eda Türkmənə həsr edir. Artıq o, evlənmək istədiyi xanımla paparatsilərin də mühasirəsinə düşüb. Restorandan çıxarkən əl-ələ tutan sevgililər gözlənilmədən qarşılarına çıxan fotoobyektivlərdən yayına bilməyiblər. Arda sürücüsünə kameralardan yayınmaq üçün yardım göstərməsini xahiş etsə də, heç nəyə nail olmayıb. Bununla da, cütlüyün şəkilləri ilk dəfə əl-ələ çəkilib.

Qeyd edək ki, Arda “Gənclərbirliyi” ilə oyunda vurduğu qoldan sonra əli ilə “E” hərfini işarə etmişdi.