Mirça Luçesku: İstəyirəm ki, “Barselona” Çempionlar Liqasının qalibi olsun
21.05.2009 - 11:39
“Belə uğurlu oyundan sonra çox xoşbəxtəm. Qələbəmizdə iştirak edən hamıya minnətdarlığımı bildirirəm. Bu sözlərim ilk növbədə prezidentimizə, daha sonra qələbəyə nail olan məşqçilərə və futbolçulara aiddir”. Apasport.az saytının məlumatına görə, bunu UEFA kubokunun son qalibi Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Mirça Luçesku deyib.
Rumıniyalı mütəxəssis bildirib ki, İstanbulun “Şükrü Saracoğlu” stadionunda keçirilən final görüşünün əlavə vaxtında məğlub etdikləri (2:1) Almaniyanın “Verder” klubu güclü komandadır. Bununla belə, Luçesku nəticənin oyuna görə olduğunu söyləyib: “Oyuna yaxşı hazırlaşmışdıq. “Verder”in güclü rəqib olmasını nəticələr deyir. Onlar İtaliyanın ən yaxşı komandalarını - “İnter”, “Milan”, “Udineze”ni məğlub ediblər. Xoşbəxtəm ki, biz “Metallist” və “Dinamo” kimi Ukrayna klublarının uğurunu davam etdirdik. Bu mövsüm Ukraynanın hesabına çoxlu reytinq xalı gətirdik. Ümid edirəm ki, bu nəticə Ukraynanın Avropa çempionatına daha yaxşı hazırlaşmasına əlavə güc verəcək və çox şey yaxşılığa doğru dəyişəcək”.
“Şaxtyor” avqustun 28-də Monakoda UEFA Superkuboku uğrunda oyunda Çempionlar Liqasının qalibi ilə oynamalıdır. Luçesku Çempionlar Liqasının finalında “Barselona”nın “Mançester Yunayted”i məğlub etməsini arzulayır: “Barselona” ilə oynamaq istədiyimi gizlətmirəm. Onda bu mövsümü “Şaxtyor” və “Barselona”nın aktivinə yazmaq olacaq. UEFA kubokunun sonuncu dəfə keçirilməsinə görə təəssüflənmirəm. İndi bizim yeni vəzifələrimiz var. Biz bu uğura Çempionlar Liqasında da nail olmaq istəyirik. Bunu azarkeşlərimiz və prezidentimiz də istəyir. İndi Şərqi Avropada futbol klublarına çoxlu maliyyə vəsaitləri qoyulur: MOİK, “Zenit”, “Qalatasaray”, indi də “Şaxtyor”. Məqsədim daha yaxşı komanda qurmaqdır”.
Qeyd edək ki, Luçesku 2000-ci ildə “Qalatasaray”ın baş məşqçisi kimi Madrid “Real”ına 2:1 hesabı ilə qalib gələrək, UEFA Superkubokunu qazanıb.

0
0