“Muğan” klubundan 9 futbolçu qovuldu
21.05.2009 - 12:32
“Muğan” klubundan 9 futbolçu qovuldu
Salyanın “Muğan” klubu heyətlə bağlı ciddi islahatlara başlayıb. Komandanın vitse-prezidenti Bəhruz Şirəliyev apasport.az saytına açıqlamasında 9 futbolçu ilə vidalaşdıqlarını bildirib. Onun sözlərinə görə, hələlik yerli oyunçularla yollar ayrılıb.

“Əməkdaşlığa son qoyduğumuz futbolçular Mikayıl Yusifov, Tərlan Xəlilov, Sənan Qurbanov, Anar Vəliyev, Emil Kitelman, Azər Cabbarov, Fəxrəddin Mürvətov, Aqşin Ömərov və Ramil Ağayevdir” – deyə Şirəliyev vurğulayıb.

“Muğan”dakı 3 legionerdən birinin komandada qalacağı dəqiqdir. Vitse-prezident vurğulayıb ki, digər iki əcnəbinin taleyinə sonra aydınlıq gələcək: “Liberiyalı yarımmüdafiəçimiz İsaak Pupo yeni mövsümdə də komandamızda çıxış edəcək. Onun bizimlə müqaviləsi var. Hücumçular gürcü Kaxaber Çxetiani ilə moldovalı Vladimir Tsaranunu vətənlərinə yola salmışıq. Onlarla müqaviləmiz başa çatıb. Hər ikisinin taleyi sonra müəyyənləşəcək”.
0