Luiş Fiqu Subaşiçin yanına gedir
21.05.2009 - 12:38
Luiş Fiqu Subaşiçin yanına gedir
Portuqaliya milli komandasının sabiq futbolçusu Luiş Fiqu karyerasını Çin çempionatında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, vaxtilə dünyanın ən yaxşı oyunçusu seçilmiş Fiqu bu variantı qəbul edəcəyi halda, Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiçə rəqib olacaq.

İki aydır “Çanqçun Yatay” klubunda çıxış edən 27 yaşlı futbolçumuzla Asiyada görüşmək istəyən Luiş üçün Çin hələlik ehtiyat variantdır. O, gələn təkliflər arasında son variant kimi Çini nəzərdə tutub: “Mən hələ də Amerika və Yaponiya liqalarından təklif gözləyirəm. Çindən dəvət almaq isə mənim üçün çox xoşdur”.

Qeyd edək ki, Fiquya qədər məşhur futbolçulardan Pol Qaskoyn və Damiano Tommazi də Çində forma geyinib. Damiano indi də “Tszyan Teda” klubunda oynayır. Özü də Subaşiçlə Tommazinin komandaları mayın 23-də üz-üzə gələcəklər.
0