Baş məşqçi faciəvi şəkildə öldü
21.05.2009 - 13:15
Baş məşqçi faciəvi şəkildə öldü
Bolqarıstanın “Spartak” klubuna faciə üz verib. Apasport.az saytının məlumatına görə, Varna təmsilçisinin baş məşqçisi Anatoli Kirillov ötən gecə ağır avtomobil qəzasında dünyasını dəyişib.

43 yaşlı mütəxəssisin ölümü komandasının həftəsonu keçiriləcək oyununun təxirə salınmasına səbəb olub. “Spartak”ın “Çerno More” ilə Varna derbisi qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, Kirillov iki ay öncə Varna təmsilçisinin baş məşqçi postuna təyin olunmuşdu.
0