Almanlar yığmamızla oyuna futbol akademiyasında hazırlaşacaq
21.05.2009 - 14:56
Almanlar yığmamızla oyuna futbol akademiyasında hazırlaşacaq
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi Almaniya yığması futbol akademiyasına gedir. Apasport.az saytının məlumatına görə, Yoahim Löv yetirmələrini komandamızla oyuna akademiyada hazırlaşdıracaq.

Lakin bu, avqustun 12-də Bakıda deyil, sentyabrın 9-da baş tutacaq cavab matçının hazırlıqları olacaq. Almanlar Hannover şəhərindəki görüşdən əvvəl “Sporthotel Fuchsbachtal” akademiyasında yığışaraq, toplanış zamanı burada məskunlaşacaqlar.
0