Hansı məşhur futbolçunun qızı 12 şüşə araq içib? – FOTO
21.05.2009 - 15:09
Hansı məşhur futbolçunun qızı 12 şüşə araq içib? – FOTO
İngiltərə milli komandasının sabiq futbolçusu, qalmaqallarla ad çıxaran Pol Qaskoynun qızı Byanka növbəti dəfə “fərqlənib”. Apasport.az saytının məlumatına görə, məşhur futbolçunun övladı içki məclisinin qəhrəmanına çevrilib.

Belə ki, Byanka Malyorka çimərliklərinin birində sevgilisi ilə birgə 12 şüşə araq və 3 şüşə şampan içib. Bundan sonra o, çimərlikdə futbol oynamaq bacarığını göstərib. Paparatsilər də məhz bu zaman dəcəl qızın şəkillərini çəkiblər.

Ancaq bir daha məlum olub ki, Byanka futbol oynamaqda atasına çata bilməz. Alkoqol qəbuluna gəlincə, qalmaqalçı qız yəqin ki, tezliklə Polun bütün “rekord”larını qıracaq. Hər halda, cazibədar Byanka spirtli içki içməkdə və qalmaqal salmaqda atasından geri qalmır.
0